Futbolçu Arda Turanla ketdiyi davadan sonra gündəmdən düşməyən müğənni Berkay Şahin ikinci dəfə ata olmağa hazırlaşır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildə Özlem Ada Şahin ilə ailə quran Berkay ötən il ilk övladını qucağına alıb.
Məlumata görə, Özlem hazırda da iki aylıq hamilədir.
Qeyd edək ki, futbolçu ilə müğənni arasında bir müddət əvvəl gərginlik yaşanıb. Buna səbəb Ardanın Berkayın arvadına əxlaaqsız təklif etməyi olub. Dava zamanı Turan Şahinin burnunu sındırıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.