Qış gəldi, turşu fəsli yetişdi - Hansı şorabaları yemək təhlükəlidir?
Havalar soyuduqca turşuya qoyularaq konservləşdirilmiş məhsulların mövsümü başlayır. Təəssüf ki, həmin məhsullardan istifadə zamanı zəhərlənmə halları ilə də üzləşənlər olur. Bunun başlıca səbəbi mikrobioloji çirklənmə, yəni botulizmdir.
Botulizm konservləşmə düzgün aparılmadıqda baş verir?
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva məlumat verib.
G.Babayeva deyib ki, ilk növbədə qida məhsullarının konservləşdirilməsi zamanı istifadə olunan meyvə-tərəvəzin təbiliyinə diqqət yetirmək lazımdır: "Kiflənmiş, çatlamış, vaxtı keçmiş və köhnə meyvə-tərəvəzlərdən istifadə edilməməlidir. Konservləşdiriləcək məhsullar axar su altında təmiz yuyulmalı, istifadə olunacaq qablar isə düzgün sterilizə olunmalıdır. Şüşə və plastik bankalar, qapaqlar mütləq ən azı yarım saat suyun içərisində qaynadılmalıdır. Plastik qablarda turşu qoymaq daha təhlükəlidir. Belə qablardan istifadə edildikdə isə konservləşdirilmiş məhsulun saxlanma müddəti uzun olmamalıdır. Bankanı bağlayarkən içərisində çiy su və hava qalmamalıdır".
Şöbə müdiri market və ticarət şəbəkələrində sənaye üsulu ilə hazırlanmış konservləşdirilmiş məhsulları alarkən onun üzərindəki istehsal və saxlanma tarixinə diqqət yetirməyin vacib olduğunu da qeyd edib. Onun dediyinə görə, istehsalı şübhə doğuran, qapağı qalxan bankalarda olan məhsullardan istifadə etməməyə diqqət yetirmək vacibdir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.