İngiltərəli millət vəkili Saymon Danczukun “Selfi kraliçası” ləqəbli həyat yoldaşı Karen İspaniyada tətil edir. Hovuz kənarında bikinili pozlar verən Karen selfi çəkməyi də yaddan çıxarmayıb. Rəfiqəsi ilə dincələn millət vəkilinin xanımı daha əvvəl 6-12 yaşlarında olarkən doğma qardaşı tərəfindən dəfələrlə təcavüzə uğraması ilə bağlı açıqlamalarılyla gündəmə gəlmişdi. Hazırda Karenin bu iddiası üzrə bir aydır ki, məhkəmə prosesi başlayıb.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.