Son zamanlar birlikdə görünməyən cütlük - Kadir doğulu və Neslihan Atagül haqda ayrılıq xəbəri yayılıb.
Axşam.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, məsələyə aktyor ötən gün qatıldığı tədbirdə münasibət bildirib. O, hər kəsin istədiyi kimi yaşadığını bildirib:
"Hər kəs özünə cavabdehdir. Sizinlə qarşılaşmaqda heç bir problemimiz yoxdur. Sadəcə yanınızda danışdıqlarımız başqa cür çatdırılır, bu isə xoşumuza gəlmir".
Qeyd edək ki, Kadirlə Neslihan 2016-cı ildə ailə qurub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.