Xəbər verdiyimiz kimi, Acun Ilıcalı və Şeyma Subaşı ani verilən qərarla boşanıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikili boşandıqdan sonra heç bir açıqlama verməsə də onlar haqda bir çox iddialar yayılıb.
Subaşının son videosu isə ağıllara evliliyin xəyanət səbəbi ilə bitdiyini gətirib. Belə ki, Şeymanın Dubayda gecə klublarından birində çəkilən görüntüləri yayılıb.
Xeyli tənqidə məruz qalan Subaşı İnstaqram hesabının hekayə hissəsində foto paylaşıb və “Məni rahat buraxın” sözlərini yazıb.
Qeyd edək ki, Acun və Şeyma ötən il ailə qurub. Cütlüyün bu evlilikdən Melisa adlı bir qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.