banner
banner

Dünya

"Kırımdakı vəzyyəti yaxından təqib edirik"

"Kırımdakı vəzyyəti yaxından təqib edirik"
Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım tatarları Milli Məclisinin sədri Rıfat Çubarov ilə görüşüb. Ərdoğan, eyni zamanda, axıska türklərini də qəbul edib. Hər iki görüş mediaya qapalı şəkildə baş tutub. Ərdoğan Türkiyə hökuməti olaraq Ukraynada Krım tatarlarının vəziyyətlərini yaxından təqib etdiklərini bildirib. 
“Krım tatarlarının problemlərini həm beynəlxalq platformada, həm də qarşılıqlı görüşlər zaman gündəmə gətirəcəyik”. 
Ərdoğan, həmçinin, Rusiyanın “Türk akımı” enerji layihəsi məsələsinə də toxunub. Ərdoğan qeyd edib ki, Rusiya layihəni əvvəlcə Bolqarıstan üzərindən həyata keçirməyə çalışsa da, rəsmi Sofiya buna razılıq vermədiyi üçün Rusiyanın alternativ seçimi Türkiyə olub.
“Bizə belə bir təklif etdilər və biz də təklifi qəbul etdik. Rusiyanın bu addımına qarşı Avropanın hansı tələblər irəli sürəcəyini demək hələlik mümkün deyil. Türkiyənin əsas təbii qaz təminatçısı Rusiyadır. İkinci yerdə İran, 3-cü yerdə isə Azərbaycan gəlir”. 
Ərdoğan Kiyevdəki naməlum əsgər məzarlığını da ziyarət edib (IHA).


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.