Ermənistan müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağa gəlib. Ohanyan martın 19-da düşmənin xeyli itki verdiyi postlara baş çəkib. Nazirə qoşunların təmas xəttindəki vəziyyət barədə məlumat verilib. Ohanyan daha sonra cəbhədəki son döyüşlər zamanı ağır yaralanmış əsgərlərə baş çəkmək üçün Xankəndi mərkəzi hospitalına gedib. Ohanyanın bügünkü səfəri düşmən ordunun xeyli itki verməsindən xəbər verir. Xatırlayırsınızsa, ötən ilin iyul-avqust aylarında cəbhə xəttində şiddətli döyüşlərdən sonra Ohanyan Qarabağa gələrək əsgərlərlə görüşmüşdü, yaralılara baş çəkmişdi. Diqqət etsəniz ermənilər itki az verərkən Ohanyan heç vaxt Qarabağa gəlmir. Martın 19-da təmas xəttində döyüş toqquşmasından və düşmənin xeyli itki verməsindən sonra erməni əsgərlərdə ruh düşkünlüyü hökm sürür. Ötən gün erməni hərbçisinin internetdə yayılan səsyazısı da orduda güclü panikanın olduğunu bir daha göstərdi. Səsyazısında erməni hərbçi bildirirdi ki, cəbhə xəttində vəziyyət çox ağırdır və xeyli itki vermişik.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.