Martın 19-da cəbhənin Goranboy rayonu istiqamətindəki toqquşma nəticəsində yaralanmış erməni əsgərlərdən 2-sinin vəziyyəti ağır olaraq qalır.
“Cia.az” xəbər verir ki, modern.az saytının Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, yaralı hərbçilərdən bir neçəsi Xankəndindəki hərbi hospitalda müalicə olunur, ağır vəziyyətdə olan bir zabit və bir əsgər isə Yerevana aparılıb. Bunlar leytenant Sərkis Qabrelyan və əsgər Edqar Matirosyandır.
Bu arada Dağlıq Qarabağdakı separatçı rejimin “rəhbəri” Bako Saakyan Xankəndind müalicə olunan yaralı əsgərlərə baş çəkrərək, onlara ürək-dirək verməyə çalışıb. Bundan başqa, o, ölən erməni əsgərlərin valideynlərinin sakitləşməsi üçün onları “medal”la təltif edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib və yaralanıb.
Ermənistan tərəfi isə 3 əsgərin öldüyünü, 4-nün yaralandığını etiraf edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.