3 il əvvəl boşansalar da, Yeni ildə birlikdə olacaqlar
Model Çağla Şikel ticarət mərkəzlərindən birində alış-veriş edərkən görüntülənib. Model çıxışda jurnalistlərin suallarını cavablayıb. O, "Yeni illə bağlı planınız varmı? Bayramı harada, kiminlə keçirəcksiniz?" sualına belə cavab verib:
"Bəli, artıq planlamışıq. 31 dekabr anam, bacım, oğullarım Uzay və Kuzey ilə birlikdə Yeni ilə Kapadokyada vida edəcəyik. Emre də bir günlük də olsa bizim yanımıza gələcək".
Qeyd edək ki, Çağla ilə Emre 2008-ci ildə ailə qurub. 2015-ci ildə boşanan cütlüyün iki oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.