Ermənistan müdafiə naziri Seyran Ohanyan cəbhədəki verdiyi itkilər barədə yenidən danışıb. Martın 19-da öldürülən erməni əsgər Arşak Arutyunyanın dəfn mərasimində iştirak edən Ohanyan bildirib ki, həmin gün erməni əsgərləri qeyri bərabər döyüşdə həlak olublar. Ohanyan onu da bildirib ki, öldürülən əsgərlərin qisası alınacaq. Əhalini sakitliyə çağıran müdafiə naziri Ohanyan qeyri bərabər döyüşün hələ də nə olduğunu bilmir. Görünür, o və onun kimilər Azərbaycan Ordusunun bir əsgərini onlarla əsgər kimi qəbul edir. Qeyri bərabər döyüşdən dəm vuran Ohanyan yəqin ki, Xocalı faciəsini unudub. O, 1992-ci ildə Xocalı soyqırımında Serj Sarkisyanla birlikdə birbaşa iştirak edənlərdəndir. Silahsız qadınları, uşaqları öldürən, onlara qarşı görülməmiş vəhşiliklər törədən, indi isə müdafiə naziri olan Ohanyan Xocalının, şəhidlərimizin qisasını alan bir Azərbaycan əsgərini onlarla əsgər kimi görür.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.