Müğənni Seren Serengilin həyat yoldaşı Yaşar İpek tərəfindən şiddətə məruz qaldığı haqda iddialar yayılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə radio verişlərindən birində məlumat yayılıb.
İddialara görə, Seren polisə zəng vurub və “Ərim məni döyür, kömək edin” sözlərini deyib. Ardınca evə gələn polislərlə danışıq zamanı müğənni dediklərini inkar edib və belə cavab verib:
“Mübahisəmiz yaranmışdı. Elə bildim ki, məni vuracaq. Həmin vaxt həyəcanla zəng vurmuşam. O, məni döyməyib, şikayətçi deyiləm”.
Yayılan məlumatdan sonra Seren və Yaşar heç bir açıqlama verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.