banner
banner

Gündəm

İcra başçısının ağac şousu - özü ağac əkir, amma məhv edilənləri “görmür” - FOTOFAKT

İcra başçısının ağac şousu -

Dəfələrlə Nəsimi rayonu ərazisində yaşıllıqların məhv edilməsi, yerində iaşə obyektləri və hündürmərtəbəli binaların tikilməsi haqda məlumat vermişik.

Prezident Administrasiyasına vətəndaşlar tərəfindən yaşıllıqların məhv edilməsi ilə bağlı edilən şikayətlərin sayının çox olmasına görə də ilk sıralarda Nəsimi rayonunun adı keçir.

Musavat.com xəbər verir ki, Nəsimi rayonunda ağacların məhv edilməsi səngimir və bu hadisələrin sırasına daha biri əlavə olunub.

Rayonun mərkəzi hissəsində, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında tikinti şirkəti hasara aldığı ərazidəki ağacları kəsib. "Yaşam Residence" şirkəti bir neçə şam ağacını məhv edib. 

Bir neçə gün əvvəl sosial şəbəkə istifadəçiləri hasara alınan ərazinin fotolarını paylaşaraq ağacların kəsiləcəyi ilə bağlı xəbərdarlıq etmişdilər.

Bu gün isə məlum olub ki, artıq həmin ağaclar məhv edilib. Aşağıda təqdim etdiyimiz fotolardan da "ağac qətliamı"nın bir neçə gün ərzində necə həyata keçirildiyini müşahidə etmək mümkündür.

Xatırladaq ki, bir neçə gün əvvəl- Nəsimi rayonunda ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı silsilə məlumatlar mətbuatın gündəminə zəbt etmişdi. Bundan sonra rayonun başçısı Asif Əsgərov bir neçə şam ağacı əkərkən görüntülənmişdi...

İlkin Muradov
Musavat.com

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.