banner
banner

Gündəm

2019-dan əfv gözləntisi

2019-dan əfv gözləntisi

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının imzalanmaması müzakirələr sırasındadır. Hüquq müdafiəçilərinin və hüquq müdafiə təşkilatlarının siyasi məhbus kimi təqdim etdikləri bir sıra siyasi məhbuslar var ki, onların bu il azad olunub-olunmayacaqları ciddi suallar doğurur.

Hazırda həbsxanada sabiq səhiyyə naziri Əli İnsanov, gənc blogger Mehman Hüseynov, NİDA-çı İlkin Rüstəmzadə, AXCP-dən Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, Məmməd İbrahim, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu kimi siyasilər məhbus həyatı yaşayırlar. Bu ilin hansı önəmli tarixində əfv sərəncamının veriləcəyi də ciddi şəkildə müzakirə edilir. Gözlər daha çox Novruz bayramına dikilib. Qarşıdakı günlərdə Əfv Komissiyasının müntəzəm şəkildə iclaslarının başlayacağı və komissiyasının Bahar bayramına qədər işlərini yekunlaşdıracağı qeyd olunur. 

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı ötən il əfv sərəncamının verilməməsindən və siyasi məhbusların həbsdə qalmasından üzüldüyünü dilə gətirdi: “2018-ci ili siyahımızda adları yer alan məhbusların həbsdə qalması ilə başa vurduq. Uzun illər belə bir ənənə formalaşmışdı ki, həm Yeni ildə, həm də Novruz bayramında əfv verilirdi. Bizlər və azadlığa çıxan məhbusların ailələri sevinirdi. Nəticədə siyahımızdakı adlar da azalırdı. 

2019-cu ilə bu problemlərlə addımlayaraq keçdik. Deyərdim ki, 2018-ci ilin ikinci yarısında insan hüquqları sahəsində bizləri sevindirəcək nələrsə olmadı. Əksinə azadlığa çıxmaq imkanları yüksək olan məhbuslar var idi. Sevinirdik ki, onlar azad olunacaq və siyahımız azalacaq. Azadlığa çıxmalarına çox az bir müddət qalmışdı. Amma buna baxmayaraq, onlara yeni maddələr verildi və nəticədə həbs müddətləri daha da uzadıldı. Bu nəyə lazım idi? İnsan hüquqları sahəsində niyə belə hallar baş verir ki, biz də günah obyektinə çevrilirik? Biz bu ildə yeni bir əfv sərəncamının verilməsini gözləyəcəyik. 

Arzu edərdim ki, bu il siyahımıza əlavələr olmasın, yəni həbslər olmasın. Köhnə siyahının öz qüvvəsində qalmasını və oradakı məhbusların azadlığa buraxılmalarını arzu edərdim. Bu siyahının qapadılması zamanı çoxdan gəlib. Bizim kifayət qədər problemlərimiz var. Onları həll etmək lazımdır. Siyasi məhbus problemini gündəmdən çıxarmaq lazımdır. Bu il siyahımızda olan siyasi məhbusların böyük bir qismi azadlığa çıxa bilər. Təbii ki, kimlərinsə ağlına nəsə gəlib, onlara əlavə maddələrlə cinayət işi açılmasa, bu mümkündür. Sanki hansısa qüvvələrə lazımdır ki, siyasi məhbus problemi ilə bağlı Azərbaycana olan qınaqlar səngiməsin. İlk dəfədir ki, belə hallarla şahid oluruq ki, məhbusun azadlığa çıxmasına aylar qalanda əlavə cinayət maddələri ilə iş açılır. Bu Azərbaycanı sevənlərin marağında ola bilməz. Ümidimizi növbəti bayramlara dikmişik. Əfv Komissiyası daimi işləyir və bu qurumun əməyini itirmək olmaz. Amma sərəncamı vermək birbaşa prezidentin səlahiyyətindədir. Şəxsən mən heç zaman ümidimi itirmirəm. Arzu edərdim ki, siyahımızda olan 32 məhbusun hamısı azadlığa buraxılsın. Bu ayın sonunda İşçi Qrupunun iclası gözlənilir”.
“Yeni Müsavat”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.