Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 13:00-dək Xaçmaz rayonunun bir hissəsinə, 14:00-dək Nərimanov rayonunun bir hissəsinə, 15:00-dək Qazax rayonunun bir hissəsinə, 16:00-dək Xızı rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Göygöl rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Ağcabədi rayonunun bir hissəsinə, saat 18:00-dək Tərtər rayonuna, Bərdə, Ağdam, Lənkəran, Masallı və Şamaxı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək Beyləqan və Gədəbəy rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Binəqədi, Balakən, Zaqatala, Qaradağ, Abşeron, Nəsimi, Xəzər və Nizami rayonlarının bir hissəsinə, həmçinin bü gündən başlayaraq 24 oktyabr 2014-cü il tarixədək Hacıqabul rayonunun Udulu kəndi və Muğan qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.