Nayrobidə terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb
Keniyanın paytaxtı Nayrobidə mehmanxana kompleksinə edilən hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb. Daha öncə 14 nəfərin öldüyü bildirilirdi.
Trend-in məlumatına görə, bu barədə Keniya polisinin rəhbəri Cozef Boynett deyib. O qeyd edib ki, hadisə yerində daha 6 nəfərin cəsədi tapılıb, həmçinin polis əməkdaşı aldığı yaralanmadan ölüb.
Qeyd edək ki, Keniyanın paytaxtı Nayrobida "Dusit" kompleksinin yaxınlığında bir neçə partlayış baş verib. Partlayışlardan sonra atışma baş verib.
Ölkə başçısı Uhuru Keniata hücumun başlanmasından 20 saat sonra bəyan edib ki, kompleksdə xüsusi əməliyyatlar başa çatdırılıb və terrorçular məhv edilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.