Trampla Kim Çen In arasında görüşün mümkün yeri açıqlanıb
ABŞ Prezident Administrasiyası Donald Trampın KXDR lideri Kim Çen Inla Vyetnamda görüşmək niyyətindədir. Trend-in məlumatına görə, ABŞ vitse-prezidenti Mayk Pens ikinci sammit ərəfəsində Trampın optimist yanaşdığını və iki ölkə arasında real inkişafın mümkün olduğunu hesab edir.
“İkinci sammitdə həqiqi nüvəsizləşdirməni başlamaq üçün Şimali Koreyanın hansı konkert addımları atmalı olduğu barədə gözləntilərimizi bəyan edəcəyik”, - deyə Pens əlavə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.