Mehman Hüseynov Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
Həbsdə olan Mehman Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Trend-in məlumatına görə, M.Hüseynov müraciətində 2 ilə yaxındır cəza çəkdiyini, bu müddət ərzində cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə arasında hər hansı xoşagəlməz hadisə olmadığını, həmişə rejimə əməl etməyə çalışdığını qeyd edib. Lakin ötən il dekabrın 26-da cəza çəkdiyi müəssisədə insident baş verdiyini və bu hadisəyə görə günahlandırıldığını bildirib. O, baş vermiş hadisədə günahı olmadığını vurğulayıb.
M.Hüseynov 2 mart tarixində cəzasının müddətinin bitdiyini, bu tarixi çox gözlədiyini, yenidən məhkum olunmaq, cəza almaq istəmədiyini deyib. O, kiminsə hərəkətinə görə məsuliyyət daşımadığını, amma kiminsə onun vəziyyətindən özü üçün istifadə etməsini istəmədiyini də qeyd edib. M.Hüseynov bildirib ki, onu yalnız bir şey maraqlandırır, o da azadlığa çıxmaqdır. Ona yeni cəza verilməsinin tək qalmış 70 yaşlı atası üçün də böyük zərbə olacağını qeyd edib.
M.Hüseynov Prezident İlham Əliyevdən araşdırmanın düzgün aparılmasına göstəriş verməsini xahiş edib. O, əmin olduğunu bildirib ki, dövlət başçısının müdaxiləsi olarsa, işi üzrə qərar ədalətli olacaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.