banner
banner

Hərbİ

Erməni generalitet təşvişdə

Erməni generalitet təşvişdə

Son vaxtlar Ermənistanda baş verən hadisələr, eləcə də cəbhə xəttində ermənilərin verdiyi itkilər nəinki cəmiyyətdə, eləcə də orduda birmənalı qarşılanmır və təşviş, çaxnaşma yaradıb. Bu proseslərin get-gedə güclənməsindən və genişlənməsindən ehtiyatlanan hakimiyyət müxtəlif metodlara əl atmaq qərarına gəlib.
Ötən gün bir qrup komandir heyəti Ermənistanın Müdafiə Nazirliyinə toplaşıb operativ müşavirə keçiriblər. Müzakirələr zamanı regiondakı vəziyyət, terrorizmlə mübarizə, bölgədə sülh prosesinin bərpası yolları, hərbi-siyasi vəziyyət haqqında danışılıb.
Görüşdə müdafiə naziri Seyran Oqanyan, baş nazirin müavini Vaçe Qabrielyan, Baş Qərargah rəisi Yuri Xaçaturov, xarici işlər nazirinin müavini Şavarş Koçaryan, müdafiə nazirinin müavini David Tonoyan iştirak və çıxış ediblər.
Onlar ölkə daxilindəki süstlükdən, insanların ümidlərinin ölməsindən və ölkənin gələcəyindən pessimizmə qapılanların sayının artmasından əndişyə etdiklərini bildirib, yaranmış vəziyyətdən çıxış yolunun çətin olduğunu etiraf ediblər.
Burada həmçinin martın 26-dək davam edəcək yerli hərbi sənayenin nümunələrinin sərgisi təşkil edilib. İştirakçılar xüsusi silahlarla tanış olub, hərbi texnika, müasir əlaqə vasitələrinə baxıblar. 
Maraqlıdır, görəsən, özünü saxlamağa gücü çatmayan, heç bir istehsal müəssisəsi olmayan, hər şeyi xaricdən dilənərək yardım kimi alan bir ölkədə hansı yerli hərbi sənayedən söhbət gedir. Təbii ki, bu blefdir və ictimaiyyəti növbəti dəfə aldatmaq, onlara müəyyən qədər ümid verməkdir. Amma unudulur ki, sakinlərini aldadan, yalana üstünlük verən hakimiyyətlərin ömrü uzun olmur və onlardan qələbə yox, məğlubiyyət iyisi gəlir.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.