banner
banner

Sosİal

Bütün dünya bu dəhşətli görüntüdən danışır

Bütün dünya bu dəhşətli görüntüdən danışır

Siqaret ən zərərli vərdişlərdən biridir. Nikotin xərçəngdən tutmuş bir sıra qorxulu xəstəliklərin birbaşa səbəbidir. Bu vərdişin ən çox ziyan vurduğu isə heç şübhəsiz ki, hamilələrdir. 
Cia.az-ın məlumatına görə, "Daily Mail" siqaretin hamilələrə vurduğu ziyanla bağlı bir araşdırma aparıb. Siqaret çəkən və çəkməyən hamilələrin körpələrinin ana bətnində 4D ultrasəs görüntüləri çəkilib. 
Nəticədə bəlli olub ki, siqaret çəkən qadınların uşaqları çəkməyənlərlə müqayisədə üzlərinə daha çox toxunurlar. Əslində isə döl doğuş yaxınlaşdıqca inkişafla əlaqədar olaraq üzünə daha az toxunmalıdır. 
Üzünü tutan körpələrdə inkişafla bağlı problemlər daha çox müşahidə edilir. 
Araşdırmanın nəticəsi foto ilə yayılıb. Fotoda da 32 həftəlik iki hamilə qadının ultrasəs görüntüləri yer alıb. Birinci fotodakı qadın siqaret çəkən, ikinci isə çəkməyən olub. 
Ümid edək ki, bu görüntülərdən sonra ana olmaq arzusunda olan qadınlar siqaret kimi zərərli vərdişdən körpələri naminə birdəfəlik əl çəkəcəklər. 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.