banner
banner

Hərbİ

Qorxmuş erməni sərsəmləməsi

Qorxmuş erməni sərsəmləməsi

Azərbaycan müdafiə nazir Zakir Həsənovun ötən gün səsləndirdiyi bəyanat onsuz da qorxudan tir-tir əsən ermənilər arasında panikanı bir qədər də artırıb. İş o yerə çatıb ki, Dağlıq Qarabağı işğal altında saxlayan separatçılar cəsarətli görünmək üçün misilsiz səviyyədə fantastik bəyanatlar verməyə başlayıblar. 
Belə bəyanatlardan biri separatçı Qarabağ rejiminin üzvlərindən biri, “Voskanapat” analitik mərkəzinin rəhbəri Levon Melik-Şahnazaryandan gəlib. 
Müdafiə nazirimizin "Ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər" ifadəsi o qədər sarsıdıcı olub ki, Məlik-Şahnazaryan sərsəmliyinə görə görünməmiş fikir səsləndirib. Erməni separatçı Dağlıq Qarabağa yerləşdirilmiş erməni silahlı birləşmələrini dünyanın ən güclü iki ordusu-ABŞ və Rusiya ilə müqayisə edib. Erməni baron Münhauzen hətta bir qədər də irəli gedərək ermənilərin ABŞ ordusu ilə döyüşəcəyi təqdirdə düşmənə başağrısı ola biləcəyini də deyib. Nə demək olar... Erməni separatçıların reallığı görməyərək, fantastik bəyanatlar səsləndirməsi pik həddə çatıb. 

Müdafiə nazirimizin erməniləri vahiməyə salan bəyanatını buradan oxumaq olar Müdafiə naziri: Məqam yetişib (FOTO, VİDEO)(anspress)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.