Bakıdan sonra Rusiyanın paytaxtı Moskvada da metro stansiyalarının yeraltı keçidlərində satışlar qadağan ediləcək. Keçidlərdə qablaşdırılmayan, tez korlanan və suvenirlərin satılmasına icazə verilməyəcək. Rusiyanın paytaxt nəqliyyatı departamentinin müdir müavini Alina Bisembayeva bildirib ki, bu qadağa yalnız bəzi məhsullara şamil ediləcək. "Biz başa düşürük ki, sərnişinlərə tez əldə edilə bilən qidalar lazımdır. Buna görə də metrostansiyaların yeraltı keçidlərində qablaşdırılmış qidaların satılmasına icazə veriləcək", - deyə o bildirib. Bisembayevanın sözlərinə görə, 2014-cü ildən metropolitendə yenidənqurma işləri aparılır. "İşlərə başlamazdan əvvəl əhali arasında sorğu keçirilmişdi. Həmin sorunun nəticələrinə əsasən biz belə bir qərara gəldik ki, yeraltı keçidlərdə ticarəti saxlamaq lazımdır", - deyə Alina Bisembayeva əlavə edib. Xatırladaq ki, Azərbaycanda metro keçidlərində ticarətə ötən ildən qadağa qoyulub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.