Quduzluq əleyhinə təcili tədbirlərə başlanılıb. Tədbirlərə ilk olaraq Balakən meşələrində start verilib. Məqsəd buradakı sahibsiz itləri vaksinasiya etmək və bu yolla kənd sakinlərini və təsərrüfatları qorumaqdır. Rayonun 22 kəndinə vaksinlər paylanıb və lazımi yerlərə qoyulması artıq başa çatdırılıb. Ümumilikdə rayona 6500 "Primanka" vaksini gətirilib. Peyvəndləmədə məqsəd ət yeyən heyvanlar arasında təhlükəli quduzluq xəstəliyinə qarşı qabaqlayıcı tədbirlərin görülməsidir. Əsasəndə yaşayış məntəqələrinə yaxın olan meşələrdə yaşayan heyvanlara qarşı görülən bu tədbirlər respublikada ilk dəfə olaraq həyata keçirilir.
Qeyd edək ki, bu cür tədbirlər Zaqatala, Qax, İsmayıllı ilə yanaşı Bakı, Sumqayıt və Abşeronda da həyata keçiriləcək. Bu məqsədlə əlli min doza vaksin alınıb.


