Məşhur alim xərçəngin əsl səbəbini açıqladı: Qışda badımcan və yumurta yesəniz...
Türkiyənin daxili xəstəlikər üzrə mütəxəssisi Canan Karatay yanlış qidalanma ilə bağlı növbəti məsləhətlərini verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, professor heyvan və bitki mənşəli yağların insan sağlamlığına mənfi təsiri olmadığını deyib.
Bildirib ki, yumurta, qatıq, süd və təbii yağlardan istifadə etmək faydalıdır. Meyvə və tərəvəzlər isə yalnız mövsümündə istifadə edilməlidir.
Şəkərli və qazlı içkilər
"Bu tip içkilər spirtli içki qədər zərərli deyil. Ondan daha zərərlidir. Bu içkilərin tamamilə qadağan edilməsi vacibdir. Ağ şəkərin bütün hüceyrələrə təsiri var. Uşaqlara şəkər yerinə bir az meyvə suyu verə bilərsiniz".
Yumurta
"İnsan bədənin 60%-i sudan ibarətdir. 20%-i heyvan mənşəli protein, 19%-i isə yağdır. 1%-dən az isə karbonhidratdır. Siz karbohidrata yüklənəcəksiniz. Uşaqlara yumurta verin. Həm də kənd yumurtası. Sərbəst gəzən toyuqların yumurtalarını tapın".
Yağ
"Mənim həyatım yağ yeməklə keçdi. Bütün yeməklərin ləzzəti yağdır. O uzun ömür yaşayan insanlar da yağ yeyiblər. Lakin yağlar işlənməmiş, təkrar istehsaldan keçməmiş olmalıdır.
Xolestrol
"Xolestrol xəstəliyi deyə bir şey yoxdur. O xəstəliyi dərman firmaları icad edib. Xolestroldan qorxmayın. Qan şəkərindən qorxun! Xolestrol yağ deyil, hormondur. Yanğını yanğınsöndürənlərmi çıxarır? Yox. Bədəndəki yanğını da xolestrol söndürür. Artıq şəkər bədəndə triqliseritin miqdarını çoxladır. Ağ şəkər, şirniyyatlar, qazlı içkiləri ağzımıza qoyduğumuz zaman qan şəkəri yüksəlir. Bu da anında hücüeyrələrə təsirini göstərir. Triqliseritlər 22 növ xəstəlik yaradır. Yüksək təzyiq, damar tıxanıqlığı, damar sərtliyi və xərçənglər".
Faydalılar
"Yumurta, qırmızı ət, tam yağlı pendir, tam yağlı qatıq vücudumuzun ehtiyacıdır".
Gündə 2 dəfə yemək
24 saat ərzində ilk yediyimiz öyün səhər yeməyidir. Tez-tez yox, acarkən yeməlisiniz. İbn Sina deyir ki, iki öyün sağlamlıq, üçüncü xəstəlikdir. Çünki insan bədəni ona görə prqoramlaşdırılıb.
İdeal səhər yeməyi
"Neçədə qalxarsanız-qalxın, təbii yağ, fındıq, fıstıq, yumurta yeməlisiniz. Arada bolca su için. Türk qəhvəsi də içə bilərsiniz. Kərə yağında yumurta, omlet, təbii pendir".
Mövsümündə nə varsa
"Yanvar ayında badımcan yeməyin. Yalnız təbii meyvə istifadə edin, o da miqdarında. Alma, portağalın qurdlu olanını alın".
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.