Belçika Poçt Təşkilatı heyvanlara həsr olunmuş poçt blokunu təqdim edib.
Trend-in "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə, "Heyvanlar işdə" adlanan bu miniatür blok beş markadan ibarətdir. Orijinal markaların ölçüləri 50х30 mm, 30х40 mm, 40х30 mm, vərəqin ölçüsü isə 200х120 mm təşkil edir.
Dizaynı Andre Buzena və Kris Maesa aid olan bu maraqlı poçt bloku "Stamps Production Belgium" tərəfindən işiq üzü görüb.
Poçt markası 30 yanvar 2019-cu ildə tədavülə buraxılıb. Tiraj sayı haqqında heç bir məlumat verilməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.