banner
banner

Hərbİ

Dağlıq Qarabağda qanlı toqquşma - Ölənlər var-FOTO- SON DƏQİQƏ

Dağlıq Qarabağda qanlı toqquşma - Ölənlər var-FOTO-
Erməni mətbuatı ilginc bir informasiya yayıb. Düşmən medianın xəbərində Dağlıq Qarabağ ərazisində qanlı toqquşmanın olduğu söylənilir. 
Cia.az  Axar.az - a istinadən  xəbər verir ki, Emma Qasparyan adlı müəllifin yazdığı informasiyada Ağdərə rayonunun Talış kəndində silahlı toqquşma baş verdiyi vurğulanır. Nəticədə ölən və yaralananlar var. Xəbərdə qeyd olunur: 
“Ermənistan Silahlı Qüvvələrinin xüsusi hərbi birliyinin üzvləri ilə yerli Talış kəndinin sakinləri arasında toqquşma baş verib. Hadisə şahidlərinin sözlərinə görə, Talış kəndinin əsasən kişilərdən ibarət olan və ov tüfəngi ilə silahlanmış 50-yə yaxın sakini Mardakert (Ağdərə)-Mataqis-Talış yolunu bağlayıblar. Onlar erməni ordusuna aid hərbi maşınların qarşısını kəsiblər. Həmin hərbçilərin Talış kəndi ilə üz-üzə yerləşən Azərbaycan ordusuna aid istiqamətdə hərbi əməliyyat həyata keçirəcəyi planlaşdırılırdı. Buna etiraz edən Talış sakinləri ilə Ermənistandan gətirilən hərbçilər arasında atışma düşüb. Yerli kənd icmasının sədri olan Vilen Petrosyanın sözlərinə görə, bu hadisəni gözləmək lazım idi: 
- Biz bir neçə dəfə Ermənistan ordusunun kəndimiz istiqamətində hərbi əməliyyatlar keçirməsinə qarşı çıxmışdıq. Hər hərbi əməliyyatdan sonra bizim kəndimiz Azərbaycan tərəfinin hədəfinə çevrilir. Bunun da nəticəsində Qarabağdan olan erməni əsgərlər, kəndimizin gəncləri həlak olur. Məhz buna görə də biz Ermənistan ordusunun kəndimiz istiqamətindən hərbi əməliyyatlar təşkil etməsinə qarşı dəfələrlə çıxmışıq. 
Ermənistan ordusu ilə yerli Talış kəndinin sakinləri arasında baş verən toqquşma nəticəsində ən azından bir neçə sakini erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Başından güllə yarası almış daha bir Talış kənd sakini isə ağır vəziyyətdə Xankəndindəki xəstəxanaya çatdırılıb. 
Baş vermiş silahlı insidentlə əlaqədar yerli icra orqanları və Qarabağ separatçıları araşdırma aparır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.