banner
banner

Hərbİ

Erməni ordusuna kəskin şərt

Erməni ordusuna kəskin şərt

“Ermənistan ordusunun son uğursuzluqlarında sən demə erməni hərbçilərlə yanaşı, Azərbaycan jurnalistlərinin də günahı var”. 
Bu iddia ilə “Sputnik Armenii” radiostansiyasının efirində politoloq Mikael Yalanüzyan çıxış edib. 
Erməni ekspert iddia edib ki, Bakı əsir düşmüş və tərəf dəyişmiş əsgərlərdən çox bacarıqla istifadə edir, xüsusilə də, öz təbliğatını erməni KİV-ləri vasitəsi ilə uğurla qurur. 
Daha anlaqlı olması üçün indən belə "Yalanüzlü" deyə çağıracağımız ekspertin soyadının birinci hissəsi də media üçün çox önəm daşıyır və təbii ki, Azərbaycan tərəfi bunu da çox yaxşı istifadə edəcək. Yalanüzlü bildirib ki, Azərbaycan jurnalistlərinin materiallarını dərc edib yayan erməni nəşrləri düşmənin dəyirmanına su tökür. 
Nümunə kimi o, yenə də Azərbaycan tərəfinə keçmiş erməni əsgərini göstərir. Onun fikrincə, məsələ Azərbaycan mətbuatı tərəfindən çox şişirdilib və konkret olaraq erməni auditoriyasına yönəldilib. 
Amma cənab Yalanüzlü bilməlidir ki, bu durumdan yalnız bir çıxış yolu var. Ermənistan ordusu çox sürətlə toplanıb Azərbaycan torpaqlarını tərk eləməlidir və doğma torpaqlarına üz tutmalıdır. Gec-tez bu, baş verəcək. Amma Ermənistan ordusu tələsməlidir, əks halda, heç də əsgərlərin hamısı öz vətəninə dönə bilməyəcək. Bəziləri Qriqoryan kimi yad torpağında ölməmək üçün Azərbaycan tərəfə keçəcək. Bəziləri də Azərbaycan əsgərlərinin gülləsinə tuş gələcək. 
Azərbaycan jurnalistlərinin materiallarının qadağan edilməsinə gəldikdə isə, çətin ki, bunu eləmək mümkün olsun. Xalq boş yerə demir ki, qadağan olunmuş meyvə şirin olur. Onda Ermənistan mətbuatı Azərbaycan dilində oxumağa başlayacaqlar. Azərbaycan dilini yalnız İrəvanda deyil, Ermənistanın çox yerində yaxşı bilirlər. Hətta sizin görkəmli şair Sayat Nova da öz əsərlərinin böyük hissəsini yalnız Azərbaycan dilində yazıb, onda daha poetik və musiqili sayıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.