İspaniyanın Baş naziri Pedro Sançes mayın 26-na nəzərdə tutulan muxtar qurumlara, bələdiyyə və Avropa hakimiyyət orqanlarına seçkilərdən ay yarım əvvəl - aprelin 14-də ümumxalq seçkiləri keçirmək niyyətindədir.
Modern.az “EFE” xəbərlər agentliyinə istinadən xəbər verir ki, əgər seçkilər həqiqətən aprelin 14-nə təyin edilsə, onda Baş nazir Pedro Sançesin parlamenti fevralın 19-na kimi buraxmaq üçün cəmi 8 gün vaxtı var. Belə ki, qanuna görə, seçkilər elan edildiyi vaxtdan 54 gündən gec olmayaraq təşkil edilməlidir.
Baş nazirin bəyanatı fevralın 10-da Madriddə on minlərlə insanın iştirak etdiyi mitinqdən sonra səslənib. Xatırladaq ki, mitinq iştirakçıları ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını və növbədənkənar seçkilərin təşkil olunmasını tələb ediblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.