"Əgər Qarabağa 100 mərmi düşəcəksə, onda bu, Azərbaycana düşmüş 10 mərmidən daha az effektiv olacaq. Çünki, Azərbaycanın ərazisində iri neft və qaz kəmərləri var və boru xətləri təhdid altında qala bilər. Azərbaycan bütün bunları itirə bilər". Bunu Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyan deyib. O, Ermənistanda son yaranan ajiotajı nəzərə alaraq belə populist açıqlama vermək qərarına gəlib. Ter-Tadevosyanın erməni publikasına hesablanmış bu açıqlamaları təşvişə düşmüş cəmiyyəti təsəlli etməkdən başqa bir şey deyil. Erməni əsgərlərin ağ bayraqla Azərbaycan tərəfinə sığındığını unudan Qarabağ müharibəsi iştirakçısı ordunun güclü olduğunu iddia edib.
Azərbaycan Ordusuna ayrılan illik vəsaitin Ermənistanın ümumi dövlət büdcəsindən artıq olduğunu nəzərə alsaq iki ölkə ordusu arasındakı böyük fərqi görmək çətin olmaz. Ancaq erməni generallarının bunu anlaması çox çətindir. Çünki erməni generalitet çoxdan reallıq hissini itirib. Onlar anlamaq istəmirlər ki, indi Azərbaycanın silahsız olduğu 90-cı illərin əvvəli deyil. Azərbaycanın hər an torpaqlarını azad etməyə qadir güclü ordusu var.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.