banner
banner

Dünya

Ukrayna korrupsiyaya müharibə elan etdi

Ukrayna korrupsiyaya müharibə elan etdi

Ukraynada keçirilən anti-korrupsiya əməliyyatının bir hissəsi olaraq kabinet iclası zamanı iki yüksək rütbəli rəsmi şəxs həbs edilib.
Ukraynanın dövlət fövqəladə hallar xidmətinin başçısı Serqey Boçkovski və onun müavini Vasili Stoyetskinin əlləri televiziyada canlı yayımlanan iclasda polis tərəfindən qandallanıb. Onlar yüksək səviyyəli korrupsiyada iştirak etməkdə şübhəli bilinir.
Eyni zamanda Ukrayna prezidenti Pyotr Poroşenko Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri İqor Kolomoyskinin tutduğu vəzifədən azad edilməsi haqqında fərman da imzalayıb. Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Valentin Rezniçenko təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenko Dnepropetrovsk vilayət administrasiyasının məmurlarının Dnepropetrovsk və Donetsk vilayətlərində fəaliyyət göstərən silahlı cinayətkar qruplaşmaları dəstəklədiklərini bildirmişdi. 
Bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko artıq ölkənin bütün güc strukturlarının iştirakı ilə irimiqyaslı xüsusi əməliyyatın başlandığını bəyan edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.