banner
banner

Hərbİ

İrəvanın müharibə qorxusu

İrəvanın müharibə qorxusu

Ermənistan Azərbaycanla sərhəddə xüsusi sığınacaqlar yaradıb.
Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan martın 25-də parlamentdəki çıxışında deyib. Onun sözlərinə görə, işçi qrupu bu cür tikililəri tədqiq edir. "İlk növbədə belə tikililərin olduğu 26 sərhədyanı məskunlaşmış məntəqələr araşdırılacaq. Bunların təkcə 21-i Tavuş rayonundadır", - deyə o əlavə edib.


Ohanyanın sözlərinə görə, bu cür tikililər bütün respublika üzrə tədqiq edilir və işçi qrupu artıq baş nazirə bir neçə təklif təqdim edib. O həmçinin qeyd edib ki, Tavuş rayonunda artıq bir neçə sığınacaq yaradılıb. "Bu iş davam etdiriləcək. Həm böyük, həm də kənd evlərinin yanında fərdi sığınacaqlar yaradılacaq", - deyən Ohanyan xüsusilə atışma halları baş verən yerlərə diqqət ediləcəyini qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.