banner
banner

Hərbİ

Erməni ana: “Əsgərləri zorlayanda, deyirlər, ailəsi günahkardır”

Erməni ana: “Əsgərləri zorlayanda, deyirlər, ailəsi günahkardır”

Ermənistan müdafiə naziri Seyran Ohanyanın hərbi qulluqçu Andranik Qriqoryanın valideynləri barədə dedikləri erməni əsgər analarını bərk hiddətləndirib.
Erməni nazir Azərbaycan tərəfə keçmiş əsgərin valideynləri barədə təhqiramiz sözlər işlətmişdi. “Əsgərlər onun ailəsinin arasında münasibət pis olub. Onun əməlinin səbəblərini ailəsində axtarmaq lazımdır”,- deyə Ohanyan vurğulayıb. 
Əsgər anaları bu sözlərə qəzəblə cavab veriblər. Oğlu həlak olmuş İrina Qazaryan bunu Ermənistan Müdafiə Nazirliyinin iş üslubu sayır: “Əsgərləri zorlayanda, deyirlər, ailəsi günahkardır. Öldürəndə, deyirlər ki, tərbiyəsiz imiş. Əsgər Azərbaycan tərəfə keçəndə deyirlər ki, günah ailəsindədir”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.