Cəbhədə gərginliyi artıran Ermənistanın qazandığı getdikcə sayı artan itkilər, silahlı birləşmələrində yaranan çaxnaşma, qorxu, səksəkədir. ANS TV-nin efirində yayımlanan MARŞ verilişində cəbhədə düşmənin kəşfiyyat-təxribat qrupunu zərərsizləşdirən əsgərlərimiz göstəriləcək. Erməni əsgərini təslim olmağa vadar edən səbəb nədir? Rusiyanın kəşfiyyat təyyarəsi nə üçün Türkiyənin hava məkanına girdi? Amerika qoşunları Əfqanıstandan çıxacaqmı? Bu suallara cavab və son hərbi yeniliklər - “HƏR BİR XƏBƏR”də... Birləşmiş Ərəb Əmirliklərində keçirilən “İDEX-2015” silah sərgisində böyük diqqət çəkən Çənubi Koreyanın K-2 “Qara bəbir” tankı - “ARSENAL”da... Martın 28-də saat 15.20-də ANS-də "MARŞ".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.