Keçmiş model Tuçe Kazaz sosial şəbəkədən Mustafa Kamal Atatürkü təhqir edib. AKP-nin media orqanlarında tez-tez çıxış edən model "Twitter” hesabından Atatürklə CHP lideri Kamal Kılıçdaroğlu haqda bunları yazıb: “Adı Kamal olanların bu ölkəyə vurduqları ziyan təsadüfdür, sizcə? Bu ölkə Kamallardan çox çəkdi. Biri getdi, o biri gəldi. Hamısı da xarici qüvvələrə işləyən... İndi də Kamal Kılıçdaroğlu... Allah bu millətə səbr versin”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.