banner
banner

Sosİal

Bu yolda hərəkət tam dayandı - FOTO

Bu yolda hərəkət tam dayandı

Hər gün olduğu kimi bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda, dəhşətli tıxac müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, Sulutəpə qəsəbəsi ərazisində yolda hərəkət tam iflic olub.

Tıxacdan sıxılan sürücülər maşınlarının mühərriklərini söndürərək gözləyirlər.

Bundan bşqa, digər ərazilərdə də avtomobil sıxlığı müşahidə olunur. Əsasən Tbilisi prospeekti, Rəsulzadə qəsəbəsi, eləcə də Biləcəri, Binəqədi, Xırdalan, Dərnəgül istiqamətindəki yollarda avtomobil sıxlığı müşahidə olunur.

Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sulutəpə istiqamətində yol genişləndirilməsi məqsədilə tikinti işləri aparılır. Bu səbəbdən də, həmin ərazidə, Saray postuna qədər avtomobillərin hərəkətində problemlər yaranıb. İdarədən sürücülərə həmin istiqamətlərdə hərəkət edərkən diqqətli olmaq tövsiyyə edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.