ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda MedicalXpress nəşrində pres-reliz dərc olunub.
Tədqiqatçılar 29 615 nəfərin iştirakı ilə keçirilmiş 6 ayrıca araşdırmanın nəticələrini təhlil edib.
Könüllülər qəbul etdikləri qidalarla bağlı müvafiq anketi doldurub.
Sonradan onların səhhəti 31 il ərzində nəzarətdə olub. Məlum olub ki, gündəlik olaraq tərkibində xolesterin olan 300 milliqram qida qəbulu, ürək-damar xəstəlikləri riskini 17 faiz artırıb, erkən ölüm ehtimalı isə 18 faiz yüksək olub.
Bundan başqa həftədə 3-4 yumurta yeyənlərdə ürək-damara xəstəlikləri və erkən ölüm riski 8 faiz çox olub. Alimlər insanların bu riskləri aşağı salması üçün xolesterinlə zəngin qidalardan, o cümlədən yumurta və qırmızı ətdən az-az istifadə etməyi tövsiyə edir
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.