banner
banner

Sosİal

Sabah Bakıda 1 saatlıq işıqlar söndürüləcək

Sabah Bakıda 1 saatlıq işıqlar söndürüləcək

“Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşəcək. 
Cia.az-ın məlumatına görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir. 

Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Bu il martın 28-nə təsadüf edən hadisə saat 20:30-da baş tutacaq. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür. 

Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib. 
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il “Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcəklər. 

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub. 

Bu il proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşacaqlar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılacaq. 

Bundan başqa, “Critical Mass Baku” veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak edəcəklər. 
Layihə saat 22:00-da başa çatacaq. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.