"Məlumatlarınızı ABŞ rəhbərliyinin görməsini istəmirsinizsə Facebook hesabınızı bağlayın". Bunu Avropa Komissiyası nümayəndəsi Bernhard Şima deyib. O bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi insanların şəxsi məlumatlarını əldə edə bilir. Məlumatın gizli saxlanılması ilə bağlı narahatlıqlara şərh verən Avropa Komissiyası nümayəndəsi sözlərinə belə davam edib:
"Ən kiçik bir narahatlığınız varsa Facebook hesabınızı bağlamağı düşünə bilərsiniz", - deyə Bernhard Şima söyləyib. Qeyd edək ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2010-ci ildən bu yana cib telefonlarını dinlədiyi, həmçinin SMS-lərin NSA-a tərəfindən izlənildiyi ilə bağlı iddialar Dünya mətbuatında böyük narazılığa səbəb olub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.