banner
banner

Dünya

Putinin rəqqasə, akademik qızı- FOTO+VİDEO

Putinin rəqqasə, akademik qızı-

Moskva Dövlət Universitetində (MDU) işləyən Yekaterina Tixonovanın Putinin qızı olduğunu təsdiqləyiblər.
Bunu MDU-nun rəhbərliyinə yaxın olan, lakin adının açıqlanmamasını istəməyən bir şəxs bildirib. O, "Reuters"ə müsahibəsində Tixonovanın Putinin qızı olub-olmaması sualına "Bəli, bu odur", deyə cavab verib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Tixonova haqqında soruşulan suala "Mən bilmirəm, o, kimdir" deyib. Daha sonra jurnalistlər Putinin qızının MDU-da işləyib-işləmədiyini soruşublar. Peskov isə "Mən bilmirəm. Bu, mənim işim deyil. Mən Putinlə məşğulam, qızı ilə deyil", - deyə cavab verib.

Qeyd edək ki, Yekaterina Tixonova "Milli intelektual inkişaf" fondunun rəhbəri, "İnnovatika" təşkilatının direktoru, Moskva Dövlət Universitetinin elmi şurasının üzvü, beynəlxalq akrobatik rok-n-roll konfederasiyasının vitse-prezidentidir.
















Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.