banner
banner

Sosİal

Yol polisi Astarada reyd keçirib

Yol polisi Astarada reyd keçirib

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində nəqliyyatın sıx olduğu küçələrdə profilaktiki reyd təşkil olunub.

ONA-nın cənub bürosundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsi barədə nəqliyyat vasitələrinin sürücülərinə müvafiq məlumatlar verilib, izahedici söhbətlər aparılıb.

Eyni zamanda istismar müddəti bitmiş, hər an nasazlıq yarana biləcək, həmçinin ətrafdakı nəqliyyat vasitələri və piyadalar üçün təhlükələrə səbəb olacaq minik avtomobillərinin və mikroavtobusların sürücülərinin bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Bununla yanaşı uzun müddət yaşayış binalarının və digər obyektlərin qarşısında, yolların kənarında saxlanılmış nəqliyyat vasitələrinin də həmin ərazilərdən götürülməsi ilə bağlı müvafiq tədbirlər görülüb, sözügedən nəqliyyat vasitələrinin sahibləri ilə profilaktiki söhbətlər aparılıb. Reyddən sonra sərnişin daşımalarını həyata keçirən sürücülər üçün “Astara-Nəqliyyat” ASC-də maarifləndirici tədbir keçirilib.

Qeyd edək ki, “Təmiz hava” aylığı aksiyası aprel ayının 28-dək davam etdiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.