banner
banner

Hərbİ

Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi sahədə əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi sahədə əməkdaşlıq sazişi imzalayıb

Aprelin 7-də Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycan və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin baş qərargah rəisləri Nəcməddin Sadıkov və Faiyad bin Hamed Al Rovail imzalyıb.

Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Siılahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və bu ölkənin baş qərargah rəisinin görüşündə iki ölkə orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan öncə 2018-ci il fevralın 6-da Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin generalı Əli bin İbrahim Fəvvazın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda olub. Azərbaycan müdafiə naziri Zakir Həsənov isə 2017-ci il aprelin 4-də Səudiyyə Ərəbistanına səfər edib.

Səfərlər zamanı iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin fevralın 24-də qurulub. İki ölkə arasında iqtisadi, siyasi, mədəni və idman sahələrində əlaqələrlə bağlı sənədlər mövcuddur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.