BMT-nin baş katibi Liviyada siyasi dialoqu bərpa etməyə çağırıb
Liviyada qan tökülməsinin qarşısını almaq hələ olar, amma buna qədər ölkədə çoxillik münaqişənin həlli üzrə siyasi dialoqu yenidən işə salmaq lazımdır.
Trend-in məlumatına görə, bu sözləri BMT-nin baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə jurnalistlərə söyləyib.
A.Quterreş deyib: "Hələ dayanmaq üçün gec deyil, atəşi və zorakılığı dayandırmaq və ən pisindən - dramatik qan tökülməsindən yayınmaq üçün gec deyil. (Münaqişənin) hərbi həllinin olmadığını, siyasi həllinin olduğunu anlamaq üçün hələ gec deyil".
Baş katib əlavə edib: "Mənim üçün aydındır ki, biz düşmənçilik hərəkətləri tam dayandırılmayınca başlaya biməyəcəyimiz vahid siyasi dialoqa yenidən başlamalıyıq".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.