Son olaraq "Üz-üzə" serialı ilə tamaşaçı qarşısına çıxan aktrisa Sinəm Kobal aktyor əri Kənan İmirzalıoğlu haqda danışıb.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, ərinin özəl günlərini unutmadığını dilə gətirən aktrisa çox şanslı olduğunu deyib.
"Bir-birimizə bahalı yox, mənəvi hədiyyələr alırıq", deyə o bildirib.
"Ərinizlə birlikdə işləmək istərdinizmi?" sualına isə "Teleməkandan xeyli müddətdir ki, uzağam. Sektor hazırda bərbad vəziyyətdədir. Ancaq ümid edirəm ki, düzələcək. Ürəyimcə olan bir layihə yoxdur, ona görə də uzaqlaşmışam. Kənan çox istedadlı aktyordur. Təbii ki, onunla birgə rol almaq istəyərəm. Ancaq hazırda belə bir söhbət yoxdur" deyə, aktrisa cavab verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.