banner
banner

Gündəm

Elinanı Hüseyn Namazov döyüb? – Rəsmi

Elinanı Hüseyn Namazov döyüb? – Rəsmi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atan 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin yuxarı sinif şagirdi tərəfindən təzyiqə məruz qalması ilə bağlı sorğuya cavab verib.

Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda da qeyd olunduğu kimi, Bakı Şəhər Prokurorluğunda hadisə ilə bağlı müvafiq istintaq tədbirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən isə xidməti araşdırma həyata keçirilir:

“Aparılan istintaq və xidməti araşdırma tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq. Bundan sonra bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, 162 saylı məktəbdə baş verən intihar hadisəsi nəticəsində dünyasını dəyişən 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov tərəfindən təzyiqə məruz qaldığı deyilir. Məlumata görə, H.Namazov E.Hacıyevanı məlum olmayan səbəbdən məktəbin bir küncünə apararaq, vurub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.