Hollivudun məşhur cütlüyü boşanıb. Trend-in məlumatına görə, məhkəmə Bred Pitt və Ancelina Colinin "subay" statusunu bərpa etmək barədə aprelin 12-də qərar çıxarıb.
Bu qərar artıq rəsmi boşanma kimi qiymətləndirilə bilər, lakin sabiq cütlük hələ uşaqların himayəsi və mülk bölgüsü məsələlərində təmasda olacaq. Bu prosesin isə hələ bir neçə ay çəkəcəyi bildirilir.
Qeyd edək ki, bu iki məşhur 2014-cü ildə Fransada evlənib. Boşanma prosesi isə artıq 2016-cı ildən davam edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.