Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədə azad olunub. Səhiyyə nazirinin müvafiq əmri ilə onun yerinə Rauf Nağıyev təyin olunub.
Hadisə ilə əlaqədar Mürsəl Həmidovla əlaqə saxladıq. Həkim Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tutduğu vəzifədən azad olunduğunu təsdiqlədi. Mürsəl Həmidov bildirdi ki, hazırda Səhiyyə Nazirliyinin təcili yardımında baş həkim vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Rauf Nağıyev uzun müddətdir səhiyyə sahəsində çalışır. O, əvvəllər Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində işləyib. 2011-ci ildə Rauf Nağıyev səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. R. Nağıyev həmin ildən Bakı şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsində çalışıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.