banner
banner

Hərbİ

Şəhidimiz dəfn edildi

Şəhidimiz dəfn edildi

Martın 27-də cəbhənin Ağdam istiqamətində şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Əhmədov İqbal Sərraf oğlunun cənazəsi martın 28-də doğulduğu Lənkəran rayonuna gətirilib. 

Cia.az xəbər verir ki, şəhid hərbçimiz, bu gün ailə üzvlərinin yaşadığı Aşağı Nüvədi kəndindəki qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində “N” saylı hərbi hissənin yüksək rütbəli zabitləri, döyüş yoldaşları, rayon rənbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub.

Çıxış edənlər hərbçi ailəsində doğulan İqbal Əhmədovun Vətənin ləyaqət və şərəfini öz canından üstün tutması ilə qürur duyduqlarını diqqətə çatdırıblar.

Sonra şəhid İqbal Əhmədov yaylım atəşləri altında son mənzilə yola salınıb, Azərbaycanın üçrəngli bayrağı, uğrunda canını qurban verdiyi torpağa tapşırıldı.

Qeyd edək ki, baş leytenant İqbal Əhmədov 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət aparıb. Ailəli olub, bir oğlu, bir qızı var.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.