banner
banner

Gündəm

Bakıda “Formula-1" həyəcanına 3 gün qaldı

Bakıda “Formula-1" həyəcanına 3 gün qaldı

Bakıda “Formula-1" yarışlarının keçirilməsinə  3 gün qaldı. Aprelin 22-dən etibarən yarışın keçirildiyi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu ərazilərdən keçənlər alternativ yollardan istifadə etməlidirlər. Yarışın keçirildiyi ötən 3 il ərzində də ənənəvi olaraq ”Formula-1"ə bir neçə gün qalmış mərkəzi küçələrdə hərəkət məhdudlaşdırılıb. Həmin illərdə də yolu həmin prospektlərdən keçənlər,  əlavə vaxt itkisi ilə alternativ yollardan istifadə edirdilər. Bayıl massivində yaşayan sakinlərin müntəzəm  istifadə etdikləri yol Badamdar ərazisindən keçirdi. Eləcə də marşrut xətləri də müvəqqəti olaraq həmin yola dəyişdirilirdi.

Lakin bu dəfə Badamdar yolunun da sürüşmə səbəbindən bağlanması şəhərin cənub istiqamətində yaşayanları çətin duruma saldı.

Yada salaq ki, Badamdarda sürüşmə hadisəsi ötən ilin oktyabr ayında baş vermişdi. Həmin hadisə nəticəsində torpaq layı sürüşərək, avtomobil yolunun bir hissəsini tutmuşdu. Bu prosesdən sonra yolda hərəkət məhdudlaşdırıldı, ərazidə yaşayanların köçürüləcəyi xəbəri yayıldı. Rəsmilər əhalinin köçürüləcəyi açıqlamasını versələr də, bu, gerçəkləşmədi. Sürüşmə zonasında bir neçə villa var ki, hazırda onlar nə sökülüb, nə də barələrində digər bu kimi tədbir görülməyib.

Ötən aylarda mətbuatda Badamdar yolunun taleyi ilə bağlı çoxsaylı yazılar dərc olunub. Rəsmilərin açıqlamasından güman edilirdi ki, yarış ərəfəsində həmin yol açılacaq. Lakin bu, baş vermədi. Ötən həftə avtosfer.az saytı məsələnin araşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Oradan bildirmişdilər ki, hazırda həmin ərazidə təhlükə qaldığı üçün nəqliyyat vasitələrinin o yoldan istifadəsinə icazə verilməsi nəzərdə tutulmur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilmişdi ki, məsələ araşdırılacaq, əgər müvafiq komissiya yolun açılmasına müsbət rəy verərsə, o zaman həmin ərazidə avtomobillərin hərəkətinə icazə verilə bilər. Qeyd olunmuşdu ki, bütün bunlar aprelin 22-nə qədər öz həllini tapacaq. Görünür, komissiyanın rəyi müsbət olmayıb...

Məsələyə Bakı Şəhər Halqası ile ilgili görsel sonucu

Məsələyə Bakı Şəhər Halqası şirkəti nə deyir?

“Yeni Müsavat”ın məlumatına görə, bağlı yollarla bağlı sualları cavablandıran şirkət bildirib ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq və həmçinin piyadalar trekin müəyyən yerlərində qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər: “Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilərdə hərəkət aprelin 22-si gecə saat 01:00-dan etibarən aprelin 30-u səhər saat 06:00-a qədər tamamilə dayandırılacaq.

Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir".

Məsələyə Bakı Şəhər Halqası ile ilgili görsel sonucu

Bildirilib ki, yalnız icazə sənədinə sahib olan şəxslərin bütün zonalara girişinə icazə veriləcək: “Əlaqədar qurumlar tərəfindən aprelin 11-dən 28-dək bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunur. İcazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir.

Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq, 27 və 28 aprel tarixlərində “Azneft” dairəsindən Bayraq meydanına qədər olan yolda 17:00-04:00 saatları arasında nəqliyyatın hərəkəti tam dayandırılacaq.

1-ci zonaya aid icazə sənədi İçərişəhərdə yerləşən Azərbaycan Milli Ensiklopediyası binası, 2-ci zonaya aid icazə sənədi 4 saylı Mənzil Kommunal İstismar Sahəsi və 3-cü zonaya aid icazə sənədi isə 58 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim olunur".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.