ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi "Instagram"da səhifə açıb
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) "Instagram" sosial şəbəkəsində rəsmi səhifə açıb.
Trend-in məlumatına görə, hələlik qurum öz hesabında bir şəkil paylaşıb.
Şəkildə "CIA" əməkdaşının şərti iş yeri əks olunub. Kreslonun qoltuqaltısından parik asılıb, masanın üstündə isə "Dünya üzrə səyahət etmək istəyirəm" yazılı pul daxılı var. Həmçinin divarda cooqrafi xəritə də var.
Fotonun altında isə şərh olaraq "Öz gözcüklərimlə görürəm (casusluq edirəm)" yazılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.