Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaran itlər qrupunun cins itlər yetişdirmə məntəqəsində 2011-ci ilin əvvəllərindən bu günə kimi 30 küçük yetişdirib.
ANAMA-nın baş mütəxəssisi Fikrət Əliyev məlumat verib.
F. Əliyev bildirib ki, hazırda ANAMA-nın minaaxtaran itlər qrupunda 29 əməliyyat iti, 10 təlimə cəlb olunan it, 2 damazlıq-malinua cinsli (Almaniya və Belçikada yetişdirilən) it mövcuddur. 2011-2014-cü illər ərzində yetişdirilən 32 itdən 12-si əməliyyat sahəsinə cəlb olunub, qalanları isə təlimdədir. Əməliyyat sahəsinə cəlb olunan itlər ANAMA tərəfindən aparılan akkreditasiyadan keçib və əvvəlcə daxili keyfiyyətə, sonra isə minatəmizləmə əməliyyatlarına buraxılıb.
Fikrət Əliyev deyib ki, küçüklər doğulduğu gündən 4-6 aylığına qədər Göygöl təlim mərkəzində topla həvəsləndirmə və müəyyən qədər itaətkarlığa cəlb olunurlar: “6 aylığından 12 ayına qədər isə Füzuli regional bazasında ilkin təlimlərə cəlb edilirlər. Hazırda yetişdirilmiş küçüklərdən 12-si real mina sahəsində uğurla iştirak edir. 13 küçükdən 7-si testdən keçmək üçün hazırlıq mərhələsindədir. Qalan 6 küçükdən 4-ü təlimə cəlb olunub, Rita və Layman ləqəbli küçüklər damazlıq üçün Göygöl bazasında saxlanılır”.
F. Əliyev bu günlərdə ABŞ-ın Marşal Leqasi İnstitutu tərəfindən ANAMA-ya 9 itin hədiyyə edildiyini söyləyib: “İtlər Əfqanıstanın Kabul şəhərində yerləşən MDC (Mine Dog Centre) təlim mərkəzində saxlanılırdı. ANAMA əməkdaşları Ramazan Heydərov və mən martın 7-dən 17-nə qədər Əfqanıstanda səfərdə olduq və 15 it arasında qiymətləndirmə aparıb 9 baş iti seçərək ölkəmizə gətirdik”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.