Bu gün Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Akihito taxtı böyük oğluna - varis şahzadə Naruhitoya verəcək.
Bunula əlaqədar imperatorun Tokionun mərkəzində yerləşən sarayında dini və mülki mərasimlər keçiriləcək.
Günün birinci yarısında Akihito saray kompleksi ərazisində yerləşən, ölkənin əvvəlki 124 imperatoruna həsr edilmiş məbədi ziyarət edəcək.
Daha sonra, günün ikinci yarısında sarayın "Matsu no ma" zalında rəsmi mülki mərasim keçiriləcək. Mərasimdə təxminən 300 nəfər iştirak edəcək - imperatorun ailə üzvləri, nazirlər, parlamentin hər iki palatasının rəhbərləri, Ali məhkəmənin hakimləri və yerli hakimiyyət orqanlarının nümayəndələri.
Mərasimdə Yaponiya vətəndaşları adından baş nazir Şinzo Abe çıxış edəcək. Daha sonra imperator qismində son dəfə Akihito xalqa müraciət edəcək.
Akihito aprelin 30-nun son saniyəsinə qədər imperator sayılacaq. Növbəti gündən Yaponiyanın imperatoru Akihitonun böyük oğlu 59 yaşlı Naruhito olacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.